Meta” şirkətinə məxsus “Facebook”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır.

APA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb.

***

Saat 19.55

“Facebook” və “İnstagram”da qlobal problem yaranıb.

Heftelik.az-ın məlumatına görə,  sosial şəbəkə istifadəçilərinin hesablara girişi bloklanıb. Avtomatik hesabdan çıxış müşahidə olunur, yenidən hesaba giriş isə mümkün olmur.