Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.
Həmin ünvanda yaşayan ana və oğlu, 1981-ci il təvəllüdlü Rufan Fərəcov dəm qazından zəhərləniblər.
Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.