Risklərin idarəolunması sistemi gömrük əməkdaşları və bütün maraqlı tərəflər üçün aydın olmalı, subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Gömrük sistemində risklərin idarəolunması üzrə vahid yanaşmanın tətbiqi ilə gömrük orqanları üstünlükləri əldə edirlər. Risklərin idarəolunması strateji hədəflərə (qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin icrasına) nail olmağa, eyni zamanda təşkilati fəaliyyətin davamlı inkişafına mühüm töhfə verir.