İnvestisiya şirkətinin bir və ya bir neçə struktur bölməsinə (daxili audit xidməti istisna olmaqla) birbaşa və ya dolayı nəzarət (kurasiya) icra orqanının üzvü (təkbaşçı icra orqanının rəhbəri) tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İnvestisiya şirkətində onun göstərdiyi xidmətlərin növünə, fəaliyyətinin xüsusiyyətlərinə və mühitinə, mürəkkəbliyinə və üzləşdiyi risklərə uyğun olan risklərin idarə edilməsi sistemi yaradılmalıdır.