Müşahidə Şurası investisiya şirkətlərinin mükafatlandırma siyasətini təsdiq edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurası mükafatlandırma prosesinə nəzarəti həyata keçirir, o cümlədən azı ildə bir dəfə mükafatlandırma sisteminin səmərəliliyini qiymətləndirir, daxili və kənar hadisələrin investisiya şirkətinin mükafatlandırma siyasəti və prosesi üzərində təsirini nəzərdən keçirir.