İşğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır: “Ermənistan hakimiyyətdə olanlardan başlayaraq sadə vətəndaşa qədər revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadırlar. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq. Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat aparıb işğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik. Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”.