Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq.

Heftelik.az-ın məlumatına görə,  bunu Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszdə deyib.

O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır:

“Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+ a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında xarici dil üzrə dinləyib anlama, yazma, oxuma və danışıq bloku yoxlanılır. Artıq növbəti mərhələdə danışıq bloku magistratura üzrə imtahanlarda da tətbiq olunacaq”.