Vergi ödəyicisinin, alıcının, sifarişçinin və ya hər hansı şəxsin adı hüquqi şəxsin dövlət qeyydiyatına alınmış adı, fiziki şəxsin adı, atasının adı və soyadıdır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Maliyyə xidmətləri:
– kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;
– müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və ödəniş alətləri ilə bağlı əməliyyatlar;
– qanuni ödəniş vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;
– səhmlərin, istiqrazların, veksellərin və digər qiymətli kağızların, habelə çeklərin tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, sənədli qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir;
– törəmə maliyyə alətləri ilə əqdlərə və analoji sazişlərə aid əməliyyatlar;
– investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
– sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri.