Müşahidə Şurasının hər hansı bir üzvü ardıсıl olaraq 3 (üç) iсlasda şəxsən iştirak etmədikdə Müşahidə Şurasının sədri, yaxud onu əvəz edən şəxs sonuncu iclas tarixindən 5 (beş) iş günündən gec olmayaraq bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurasının iclaslarında qəbul edilən qərarların ümumi sayı və məzmununa dair aylar üzrə bölgüsü, o cümlədən həmin qərarların qəbulunda iştirak edən üzvlərin sayı, səsləri (lehinə, əleyhinə və s.), icra orqanı və təşkilati strukturuna daxil olan bölmələr tərəfindən təqdim edilən təkliflər qəbul edilmədikdə və ya fərqli tərzdə qəbul edildikdə həmin qərarların sayı və səbəbi barədə məlumat rüblük əsasda növbəti ayın sonundan gec olmayaraq Mərkəzi Banka təqdim edilir.