Layihələrdə dağ-mədən işlənməsi təsiri altında polad boru kəmərlərinin kipliyinin pozulması xəbərdarlığı üzrə texnoloji və konstruktiv tədbirlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
İşlənmiş boru kəmərləri üçün layihə təzyiqindən asılı olmayaraq yalnız polad kranlar, siyirtmələr, ventillər, qapaqlar və başqa bağlayıcı armaturlardan istifadə olunmalıdır. Flanslar (düz və cavablı), aralıqlar, bağlayıcı armaturun bərkitmə detalları qruntun işlənməsi ilə yaranan hesablama qüvvələrində və bucaq yerdəyişmələrində kiplilik tələblərini təmin etməlidir.