Risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələri investisiya şirkətinin risklərin idarə edilməsi siyasətini ən azı ildə bir dəfə nəzərdən keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələrin fəaliyyəti illik əsasda Müşahidə Şurası tərəfindən nəzərdən keçirilir və qiymətləndirilir. Hər bir investisiya şirkəti fəaliyyətinin xüsusiyyətinə, əməliyyatlarının həcmi və mürəkkəbliyinə adekvat olaraq ixtisaslaşdırılmış insan və texnoloji resurslara malik müstəqil komplayens funksiyasını formalaşdırır.