Xüsusi bilik və bacarıq tələb edən sahələr üzrə daxili audit xidməti kənar xidmətdən (investisiya şirkətinin kənar auditoru istisna) istifadə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bu yolla aparılan audit işinin effektivliyi və keyfiyyətinə daxili audit xidməti məsuliyyət daşıyır. Oxşar tapşırıqların davamlı icrası ilə bağlı obyektivliyin itirilməsi ehtimalının qarşısını almaq üçün audit işinə xələl gətirmədən daxili audit funksiyası daxilində işçilərin (funksiya daxilində bir neçə işçinin fəaliyyəti nəzərdə tutulduqda) vaxtaşırı rotasiyası həyata keçirilir. Rotasiya qaydası investisiya şirkətinin daxili audit siyasətində müəyyən edilir.