Audit Komitəsinin “Daxili audit haqqında” qanunda nəzərdə tutulmuş səlahiyyətlərdən başqa hansı vəzifələri yerinə yetirdiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Audit Komitəsi “Daxili audit haqqında” qanunda nəzərdə tutulmuş səlahiyyətlərdən başqa aşağıdakı vəzifələri də yerinə yetirir:

–  investisiya şirkətinin uçot siyasətinin təkmilləşdirilməsinə nəzarət edir;

– investisiya şirkətinin maliyyə hesabatlarının şəffaflığına, tamlığına, investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və bu Standartların tələblərinə, habelə investisiya şirkətinin daxili qaydalarına uyğunluğunun təmin edilməsinə nəzarət edir;

– investisiya şirkətində daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə dair kənar auditin və digər üçüncü tərəflərin tövsiyələrini nəzərdən keçirir;

– daxili audit planlarını təsdiq edildikdən sonra 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edir;

– il ərzində investisiya şirkətində aparılmış daxili audit yoxlamaları barədə hesabatı hər təqvim ili başa çatdıqdan sonra növbəti rübün sonunadək Mərkəzi Banka təqdim edir, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatların təqdim edilməsini təmin edir;

– daxili audit xidmətinin əsasnaməsi və onun saxlanılması xərcləri haqqında Müşahidə Şurasına təklif verir;

– daxili auditorların əmək haqqı məbləğləri, vəzifədə irəliləyişi, işdən kənarlaşdırılması və ya azad olunması, habelə mükafatlandırılması barədə investisiya şirkətinin Müşahidə Şurasına təkliflər verir;

– kənar auditlə əlaqədar investisiya şirkətlərinin və onun törəmə təsərrüfat cəmiyyətlərinin fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, investisiya şirkəti sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin edir;

– kənar auditordan audit zamanı aşkar olunan mühüm faktlar və hadisələr haqqında məlumatın dərhal ona verilməsini tələb edir.