İnvestisiya şirkətinin zərərlə fəaliyyət göstərməsinə dair səhmdarların ümumi yığıncağının qəbul etdiyi qərarı şərtləndirən hallar investisiya şirkətinin strateji planında əks olunmalı, habelə bu dövr ərzində mükafatın İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartlarda nəzərdə tutulmuş kateqoriyalar üzrə maksimum həcmi və hesablanmasında istifadə ediləcək maliyyə göstəriciləri investisiya şirkətinin daxili qaydaları ilə müəyyən edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Mükafatlandırma üzrə qərarların surəti qərarlar qəbul edildiyi tarixdən 15 (on beş) gün müddətində Mərkəzi Banka təqdim edilir.