Kompensator və çevik qoyma əlavələr çıxıntılar sahəsində tədrici deformasiya və yerli yerdəyişmələr zonasında boyuna və künc yerdəyişmələri etibarlı şəkildə qəbul etməsini təmin etməlidir, həmçinin, işlənən boru kəmərləri tələb olunan istismar müddətində uzunömürlülüyə malik olmalıdır və təmirə yararlı, yəni boru kəmərinin istismarı dayandırılmadan kipliyinin bərpa olunmasına imkan yaratmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
Axırıncı tələblər ancaq sıradan çıxmayan boru kəmərlərində və qonşu obyektlərdə orta və ağır zədələnmələr, həmçinin insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayan qurğulara aid edilir.