Karkassız binaların, o cümlədən daxilə geniş giriş sahələri olan binaların konstruksiyaları, əsasın qeyri-bərabər deformasiyasından onlara yüklərdən və təsirlərdən düşən qüvvələri qəbul etmək üçün vahid fəza sisteminin elementləri kimi layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə karkassız binaların hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
Bu məqsədlə aşağıdakılar nəzərdə tutulmalıdır:
– bütün xarici və daxili divarlar üzrə qapalı bünövrə və kürsü kəmərlərinin verilməsi;
– iribloklu və kərpic binaların bütün xarici və daxili divarlarında mərtəbələr üzrə atma və ya mərtəbəarası örtük səviyyəsində yerləşən dəmir-beton kəmərlərin, panel binalarda isə mərtəbələr üzrə kəmərlərin xarici və daxili divar panel konstruksiyaları ilə birlikdə qurulması;
– bünövrə konstruksiyasının bünövrəüstü konstruksiyalarla şaquli rabitələrlə birləşdirilməsi;
– mərtəbəarası örtük tavalarının öz aralarında və yükdaşıyan divarlarla, həmçinin tavaların tikişlərinin arasının markası 100 olan sement məhlul doldurulmaqla birləşdirilməsi.