Daxili audit xidmətinin rəhbəri illik audit planı hazırlamağa məsuldur.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Planda Müşahidə Şurasının və icra orqanının nəzarətin təkmilləşdirilməsi ilə bağlı ehtiyacları nəzərə alınmalıdır. Planın icrası üzrə audit investisiya şirkətinin istənilən fəaliyyət sahəsində bu Standartların tələbi nəzərə alınmaqla yoxlamalar apara bilər.