Bu sənəddə ən azı işçinin işdə və investisiya şirkətinin adından işdən kənar davranışı, korrupsiya hallarına yol verilməməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, başqa təşkilatlarda işləməsi və rəhbər vəzifələr tutması, investisiya şirkətinin əmlakına münasibət, investisiya şirkəti rəhbərliyinə qanunvericiliyin və investisiya şirkətinin daxili qaydalarının pozulması barədə məlumatların verilməsinə görə məlumat verən şəxsin təzyiqlərdən, o cümlədən maddi və ya mənəvi ziyandan, təhqir və təhdidlərdən qorunması, habelə konfidensiallıq rejiminin və qanunçuluğun qorunması məsələləri əks olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.