Müşahidə Şurasının hər bir üzvü investisiya şirkətinin maliyyə vəziyyətindən, habelə onun bütün mühüm əməliyyatlarından xəbərdar olmalı və daxili komitələr tərəfindən təqdim olunmuş hesabatları mütəmadi olaraq təhlil etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurasının hər bir üzvü iymətli kağızlar bazarında və digər maliyyə sektorlarında baş verən mühüm hadisələr və mövcud olan meyillər haqqında məlumatlı olmalıdır.