Müşahidə Şurası , icra orqanı (səhmdarların ümumi yığıncağı tərəfindən təyin edildiyi hallarda) və Müşahidə Şurasının komitələrinin üzvlüyünə yeni və potensial namizədlərlə bağlı tövsiyə və rəy verir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurası, onun komitələri və icra orqanı üçün kadr ehtiyatının formalaşdırılması prosesinə nəzarət edir. Müşahidə Şurasının komitələrinə kənar şəxslərin (olduqda) təyinatı, vəzifələri və muzdun ödənilməsinə dair meyarları müəyyənləşdirir.