4 il əvvəl 2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkilərin əsas məqsədi ölkədə aparılan islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etməkidi. 1300-dən çox namizədin iştirak etdiyi bu seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi.
Həmin il martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli geniş çıxış edib. İlk növbədə qeyd edilib ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verib və yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan edib. Nüfuzlu qurumun seçkilərə verdiyi bu qiymət, əslində, seçkilərin tanınması demək idi.
Müxalifət partiyalarının nümayəndələri Milli Məclisin yeni tərkibinin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmuşdur. Bu fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malik olduğuna sübutdur.
Qeyd edilib ki, ölkədə aparılan siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bununla əlaqədar Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir və genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılması vacibliyini göstərirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıdığından bu gün kadr islahatları aparılır, yeni, müasir və mütərəqqqi düşüncəli, işgüzar kadrlar rəhbər vəzivələrə irəli çəkilir, onların qarşısında konkret vəzifələr qoyulur. Bu islahatlar həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi və yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Bununla əlaqədar Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Əsas işi qanunvericilik olan parlamentin qarşısında qanunvericilik sahəsində yeni və böyük vəzifələr durur. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir.İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməli, Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Ölkə başçısı tərəfindən yeni çağırış Milli Məclis deputatları qarşısına qoyulan vəzifələrdən biri də beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasıdır. Ölkəmizə qarşı əsassız yanaşma, qərəzli mövqe tutan beynəlxalq qurum və təşkilatlarla işlər gücləndirilməli, ölkəmizin mövqeyi düzgün təbliğ edilməlidir.
Hazırda Azərbaycan müasir, dünyəvi dövlət kimi günügündən güclənir və dünyəvilik prinsipləri daha geniş bərqərar olur. Ölkədə radikalizmə qarşı mübarizə daha geniş aparılır və Parlamentin rolu burada çox vacibdir.
Bu gün Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Ölkədə həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Əldə edilən ən böyük uğurlardan biri də siyasi sabitlikdir. Bu siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər.
Bütün bu vəzifələr Prezident İlham Əliyev tərəfindən 2020-ci il mart aynin 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında parlamentə seçilən deputatlar qarşısında qoyulub və bu vəzifələrin həyata keçirilməsi ilə bağlı geniş işlər həyata keçirilir və islahatların geçişlənməsi isə ölkəmizin inkişafı və beynəlxalq nüfuzunun artmasına xidmət edir.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü