Risk iştahası investisiya şirkətinin strateji hədəflərinə çatması üçün riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi riskin həcmidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Riskgötürmə qabiliyyəti prudensial tələbləri pozmamaq şərti ilə investisiya şirkətinin götürə biləcəyi riskin maksimum həcmi, risk iştahası bəyannaməsi investisiya şirkətinin biznes məqsədlərinə çatması üçün qəbul edəcəyi məcmu risk limitlərinin əks olunduğu sənəddir.