Risklərin idarə edilməsi sistemində birinci müdafiə xətti açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Birinci müdafiə xəttinə fəaliyyətləri investisiya şirkətinə birbaşa risklər yaradan və xidmət, fəaliyyət, proses və sistemlər üzrə risklərin ilkin mərhələdə müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi, hesabatlılığı və monitorinqinə məsul struktur bölmələr, o cümlədən investisiya şirkətinin müştərilərinə xidmət göstərən struktur bölmələr və investisiya şirkətinin filialları daxildir.