Risklərin idarəolunması təşkilati fəaliyyətin ayrılmaz hissəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
O, idarəetmənin bütün səviyyələrində əməkdaşların məsuliyyətinin bir hissəsidir. Risklərin idarəolunması qərar qəbuletmənin bir hissəsidir. O, qərar qəbul edənlərə məlumat əsaslı seçimlər etməyə, hərəkətləri prioritetləndirməyə və alternativ seçimləri fərqləndirməyə kömək edir. Risklərin idarəolunması qeyri-müəyyənliyin mahiyyətini, mənbəyini müəyyənləşdirərək və təsvir edərək qeyri-müəyyənliyi təqib edir.