Rusiyada ötən gün Nijni Novqorod-Penza-Saratov yolunun 266-cı km-də, Mordoviya Respublikasında baş verən qəzada azərbaycanlı gənc həlak olub.

Heftelik.az xəbər verir ki, qəzada Lyambir şəhər sakini Elnar Əzizov idarə etdiyi “Ford Focus” markalı avtomobillə yolu keçən “QAZ Valday” markalı pomidor daşıyan yük maşınına çırpılıb.

Elnar Əzizov hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzanın səbəbkarı olan “QAZ Valday” markalı yük maşının sürücüsü də Azərbaycan vətəndaşı olub. Onun son 1 il ərzində 5 dəfə inzibati məsuliyyətə cəlb edildiyi – 3 dəfə sürət həddini aşmağa, bir dəfə təhlükəsizlik kəmərini taxmadığına görə cərimələndiyi deyilir.