ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli Respublikaçılar Partiyasında prezidentliyə namizəd yarışından geri çəkildiyini açıqlayıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Nikki Heylinin yarışdan geri çəkilməsi ilə Donald Trampı prezident seçkilərində Respublikaçılar Partiyasının yeganə namizədi olub. Demokratların namizədi isə hazırkı Prezident Co Baydendir.. Bununla da payızda keçiriləcək prezident seçkilərinə son seçkilərdə olduğu kimi Donald Trampla Co Baydenin mübarizə aparacağı dəqiqləşib.