Yeraltı uzun qurğuların (tunellər, kanallar, keçidlər və s.) necə layihələndirilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin  hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.

Yeraltı uzun qurğular (tunellər, kanallar, keçidlər və s.) aşağıdakı kimi layihələndirilməlidir:

– boyuna istiqamətdə – deformasiya tikişləri ilə ayrı-ayrı sərt hissələrə bölünmüş təsirə tabeli sxem üzrə;

– eninə istiqamətdə – təsirə tabeli və sərt konstruktiv sxem üzrə.