Komplayens funksiyası aşkarlanmış və investisiya şirkətinin dayanıqlılıq göstəricilərinə neqativ təsir edəcək risklər və çatışmazlıqlar barədə, habelə bunların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə Mərkəzi Bankı məlumatlandırır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Komplayens funksiyası həmçinin investisiya şirkətinin əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlayır və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasını təmin edir.