Müşahidə Şurası investisiya şirkətinin, onun struktur bölmələrinin və törəmə təsərrüfat cəmiyyətlərinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına müvafiq qaydada fəaliyyət göstərməsinə nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İnvestisiya şirkətinin idarə edilməsinə və fəaliyyətinə nəzarəti daha da səmərəli həyata keçirmək üçün Müşahidə Şurası investisiya şirkətinin fəaliyyəti haqqında istənilən hesabatı və məlumatı nəzarət etdiyi idarəetmə orqanları və investisiya şirkətinin daxili komitələrindən, habelə struktur bölmələrindən almaq hüququna malikdir.