Audit Komitəsinin iclasları üç ayda bir dəfədən az olmayaraq, Müşahidə Şurasının növbəti iclasından ən azı 5 (beş) iş günü əvvəl keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Audit Komitəsinin iclaslarına icra orqanının sədri və üzvləri (təkbaşçı icra orqanının rəhbəri), kənar auditor, investisiya şirkətinin daxili audit, komplayens, risklərin idarə edilməsi, maliyyə idarəetməsi və digər funksiyaların rəhbər şəxsləri dəvət edilə bilər.