Azərbaycan Respublikasında istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə edilən gəlir və Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Aktivlərinin 50 faizindən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan ibarət olan müəssisənin səhmlərinin və ya iştirak payının təqdim edilməsindən gəlir də Azərbaycan mənbəyindən gəlir sayılır.