Risklərin idarə edilməsi sistemində ikinci və üçüncü müdafiə xətləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İkinci müdafiə xəttinə risklərin idarə edilməsi və komplayens funksiyalarını həyata keçirən struktur bölmələr, üçüncü müdafiə xəttinə birinci və ikinci müdafiə xəttini qiymətləndirmək səlahiyyəti olan investisiya şirkətinin daxili audit funksiyasını həyata keçirən struktur bölməsi daxildir.