Risklərin idarəolunması təcrübəsi sistematik, strukturlaşdırılmış və vaxtında tətbiq olunmaqla ümumi fəaliyyətin səmərəliliyini artıran ardıcıl, müqayisə oluna bilən və etibarlı nəticələri təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Risklərin idarəolunması elektron baza məlumatlarına, təcrübəyə, maraqlı tərəflərin rəylərinə, müşahidələrə və proqnozlara əsaslanır. Risklərin idarəolunması təcrübəsi Dövlət Gömrük Komitəsinin xarici və daxili konteksti və rolu ilə uzlaşdırılır.