Audit planı Audit Komitəsi tərəfindən təsdiqlənir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Plan üzrə büdcə daxili audit funksiyasının fəaliyyətinin təmin edilməsi üçün yetərli olmalı və investisiya şirkətinin risk profilindəki potensial dəyişikliklərə uyğunlaşa bilməlidir.

Daxili audit qiymətləndirməsi çərçivəsinə ən azı aşağıdakılar daxildir:

– daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin effektivliyi və səmərəliliyi;

– risklərin idarəedilməsi funksiyası üzrə resursların (məsələn, əməkdaşlar, proqram təminatı və s.) keyfiyyəti və adekvatlığı;

– daxili və xarici hesabatlılıq üzrə istifadə olunan məlumatların uyğunluğu, dəqiqliyi, tamlığı, əlçatanlığı, məxfiliyi və hərtərəfliliyi;

– investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına uyğunluğu;

– aktivlərin qorunması və təhlükəsizliyi;

– investisiya şirkətinin İT, kiber və informasiya təhlükəsizliyi sahələrinin effektivliyi və səmərəliliyi.