İnvestisiya şirkətinin daxili nəzarət funksiyasına daxil edilən struktur bölmələr aşkar edilmiş və investisiya şirkətinin dayanıqlılıq göstəricilərinə neqativ təsir edəcək çatışmazlıqları investisiya şirkətinin Müşahidə Şurasına, onun komitələrinə və icra orqanına dərhal, digər çatışmazlıqları isə daxili qaydalarla müəyyən edilmiş dövrilikdə bildirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.