Kassasiya şikayətinin icraata qəbulu prosesinə aydınlıq gətirilib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.
Kassasiya şikayəti və buna əlavə olunmuş sənədlər işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. İşdə iştirak edən şəxslər kassasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gündən gec olmayaraq kassasiya şikayətinə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.