Risk mədəniyyəti investisiya şirkətinin riskin müəyyən edilməsi, riskin qəbulu və idarəedilməsi, habelə risk üzrə qərarların qəbul edilməsi üzrə norma, yanaşma və davranışlarının məcmusudur.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Komplayens riski investisiya şirkətinin qanunvericiliyə, o cümlədən maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə, habelə investisiya şirkətinin daxili qaydalarına riayət etməməsi nəticəsində üzləşə biləcəyi təsir tədbirləri və sanksiyalar, maliyyə itkiləri və ya nüfuzunun itirilməsi riskidir.