Müşahidə Şurası 3 (üç) nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Üzvlərin sayı investisiya şirkətinin ölçüsünə və fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyən edilir. Müşahidə Şurasının üzvləri investisiya şirkətinin nizamnaməsində başqa hal nəzərdə tutulmadığı halda səhmdarların ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya müstəqil kənar şəxslərdən 3 (üç) ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir.