Panel binalarda bünövrə və kürsü kəmərlərinin kürsü dəmir-beton panel konstruksiyaları ilə əvəz olunmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə karkassız binaların hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
Binaların birtipli layihələri yerüstü hissənin ümumi həcmi-planlaşdırma və konstruktiv həllərini nəzərdə tutmalıdır. Yeraltı hissənin konstruktiv həlləri müxtəlif tikinti şəraitlərinə tətbiq oluna bilən bir neçə variantda işlənilməlidir. Karkassız binalarda deformasiya tikişləri cüt eninə divarlar şəklində nəzərdə tutulmalıdır.