Uzun yeraltı qurğuların hissələrinin uzunluğu konstruksiyanın yükdaşıma qabiliyyətindən, yüklərin qiymətlərindən və əsas deformasiyasının təsirindən asılı olaraq qəbul olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin  hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.

Qonşu hissələr arasında deformasiya tikişləri elastik doldurucular, kompensasiya əlavələri, hidroizolyasiya lentləri, hidrodilçəklər, kipləşdiricilər və s. tətbiq etməklə yeraltı suların düşməsindən mühafizə olunmalıdır.