Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu keçirilib.
Heftelik.az-ın məlumatına görə, Azərbaycan çempionu birinci hissədə rəqibi iki dəfə məyus edib.
Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə isə Juninyo hesabı 2:0-a çatdırıb. Ancaq ikinci hissədə qonaqlar təşəbbbüsə yiyələnə bilib. 70-ci dəqiqədə Florian Virtz fərqlənib. 90+2-ci dəqiqədə Patrik Şik qonaqların ikinci qolunu vurub. Beləliklə, ilk oyun 2:2 hesabı ilə başa çatıb.
***
saat 22.45
Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Heftelik.az-ın məlumatına görə, Azərbaycan çempionu birinci hissədə rəqibi iki dəfə məyus edib.
Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə isə Juninyo hesabı 2:0-a çatdırıb.
***
saat 22.23
Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04″ klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.
Heftelik.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.
Görüşün baş hakimi fransalı Benua Bastyendir.
Oyunun 26-cı dəqiqəsində Qarabağ” rəqibi məyus edib. Yassin Benzia topu qapıdan keçirib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.