Almaniyanın “Bayer 04” klubu “Qarabağ”a qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarında ehtiyat qapıçıya güvənəcək.
Heftelik.az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi Xabi Alonso bildirib.
Xabi Alonso deyib ki, həm Bakıdakı, həm də Leverkuzendəki qarşılaşmada ikinci qapıçı Matey Kovar “çərçivə”də dayanacaq. 42 yaşlı çalışdırıcı əsas qolkiperləri olan kapitan Lukaş Qradetskini Bundesliqa matçları üçün qoruyacağını etiraf edib.
Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.