Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının nəvəsi Belma Keykurun dünyasını dəyişib.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, ABŞ-nin Texas ştatında hüquqşünas kimi çalışan Keykurun xərçəng xəstəliyindən vəfat edib.
Qeyd edək ki, ötən il Belma Keykurun anası da ABŞ-də vəfat etmişdi.