İnvestisiya şirkətində qərarların qəbul edilməsi prosesində istifadə edilən, habelə ictimaiyyətə açıqlanan məlumatlar adekvat və hərtərəfli olmalıdır. Məlumatlar etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İnvestisiya şirkətinin kommunikasiya kanalları işçi heyətinin daxili normativ sənədləri, o cümlədən mükafatlandırmaya dair siyasət və prosedurları tam anlamasını və ona riayət etməsini, habelə müvafiq informasiyasının aidiyyəti heyətə çatdırılmasını təmin etməlidir.