Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayon S.Salmanov adına Bağban kənd tam orta məktəbində 07 mart 2024-cü il tarixdə maarifləndirici tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilib.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış, məktəbin foyesində narkotiklərin acı təzahürlərini özündə əks etdirən fotostendə baxış keçirilmişdir. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılıb.