Vergitutmanın formaları açıqlanıb.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Vergi məbləğləri aşağıdakı formalarda tutulur:

– bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);

– bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);

– Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).