Risklərin idarəedilməsi sisteminin yaradılmasının təmini, risklərin idarə edilməsi üzrə siyasətin, daxili qaydaların və təşkilati strukturun, habelə risk iştahası bəyannaməsinin, risk limitlərinin təsdiqi, risklərin idarə edilməsi ilə bağlı icra orqanının işinə nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Risklərin idarə edilməsi sisteminin elementləri üzrə əsas icraçı investisiya şirkətinin risklərin idarə edilməsini həyata keçirən mərkəzləşdirilmiş və ya investisiya şirkətinin fəaliyyətinin həcminə və istiqamətlərinə uyğun olaraq, bir və ya bir neçə struktur bölməsidir.