Tanınmış media eksperti, “Toplum Tv”nin təsisçisi Ələsgər Məmmədli bu gün səhər saatlarında saxlanılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Turan” agentliyi məlumat yayıb.
Bundan başqa, III Respublika Platformanın üzvü Ruslan İzzətli də saxlanılıb.
Qeyd edək ki, R.İzzətli martın 6-da saxlanılsa da, gecə yarısı sərbəst buraxılmışdı. Hazırda onun evində axtarış aparıldığı bildirilir.
Eyni zamanda sosial şəbəkələrdə ailə üzvləri Ələsgər Məmmədlinin də evində saxlanıldığını yazıblar.