Cəbrayılda ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Marallı kəndində qeydə alınıb.

“Mercedes” və “VAZ-2107” markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfərin – Mehdi Mehdiyev, Ehtibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.

Xəsarət alan 3 nəfər isə Füzuli rayon mərkəzi xəstəxnasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Cəbrayılda baş verən yol qəzası faktını təsdiqləyib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.