Saatlıda güllələnmə hadisəsi baş verib.
Heftelik.az-ım Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb.
Saartlı rayonunun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev güllə yarası ilə Saatlı rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Qafqazinfo-nun yaydığı məlumatda bildirilir ki, Telman Mehtiyev Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.
Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.
Araşdırmalar davam etdirilir.